Elektrik müqaviməti
Elektrik müqaviməti — naqilin uzunluğu ilə düz, en kəsiyinin sahəsi ilə tərs mütənasib olub onun növündən asılıdır və cərəyanın keçməsinə mane olan keyfiyyətdir, R=ρl\S
Burada R - naqilin müqaviməti, ɭ - uzunluğu, S - en kəsiyinin sahəsi, ρ - xüsusi müqavimətdir.
R=U/İ
R-elektrik müqaviməti, U-gərginlik və İ-cərəyan şiddətidir.
Elektrik müqavimətinin vahidi BS-də alman alimi Georq Simon Om-un şərəfinə 1 om götürülür.
== Əlaqədar anlayışlar ==
1 Om - elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin.
Xüsusi müqavimət - tili 1 m olan kub şəkilli naqildən kubun tili istiqamətində cərəyan keçən zaman yaranan müqavimətdir.
Xüsusi müqavimətin BS-də vahidi 1 om·m-dir.
Xüsusi müqavimətin texniki vahidi - 1 m uzunluqlu 1mm2 en kəsikli naqilin müqavimətidir. Xüsusi müqavimət cədvəllərində hər iki vahidlə qiymət verilir. 1Om mm2\m=10−6Om·m. Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdır, Rt=R0(1+αt).